Dünya 

Türkiyədə kartof idxalına rüsum ləğv edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kartof idxalına rüsumların ləğvi barədə fərman imzalayıb.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, yeni fərmana əsasən 200 min tondan az olmayan həcmdə kartofun idxalına rüsum tətbiq olunmayacaq.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə kartof qiymətləri 6 faizdən çox artmışdı. Prezident R.T.Ərdoğan əvvəllər bildirmişdi ki, bazarlarda süni şəkildə kartof qıtlığı yaradan sahibkarlarla mübarizə gücləndiriləcək.

Daha çox xəbərlər