Cəmiyyət 

Qanvermə aksiyası keçirilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin 99 illiyi münasibətilə Texniki Universitetdə qanvermə aksiyası keçirilib. Aksiyada təhsil ocağının müəllim və tələbələri, eləcə də Cəmiyyətin əməkdaşları iştirak ediblər. Sonra tələbələrlə görüş keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və Texniki Universitetin rektor əvəzi Xalıq Yahudov Cəmiyyətin missiyası, könüllük prinsipləri mövzusunda çıxış ediblər.

Daha çox xəbərlər