Bakı aeroportunda ikinci təyyarənin təcili eniş etməsi xəbəri barədə RƏSMİ
17:32
“Cargolux” aviaşirkətinin Honq Konqdan Lüksemburqa uçan təyyarəsinin Bakıda təcili eniş etməsi barədə məlumat həqiqətə uyğun deyil.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
———-
16:05
Daha bir təyyarənin pilotları Bakı hava limanında təcili eniş üçün icazə istəyiblər.
ARANTV.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Honkonq-Lüksemburq reysini həyata keçirən “Cargolux” aviaşirkətinə məxsus “Boeing 747-4HQ” yük təyyarəsi Bakıda yerə enməyə hazırlaşır.
Hələlik bu təyyarədə yaranmış problemin mahiyyəti barədə açıqlama verilmir.

