Yel çərşənbəsində qalanan Novruz tonqallarında 9 nəfər yandı
Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.
Zərərçəkənlərin xəsarətləri ağır olmayıb. (trend)

