Bərdədə əsas kapitala yönəldilən investisiyalar artıb
Bərdədə 2021-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 68 milyon 074 min manat investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə 3 dəfə çoxdur.
ARANTV.AZ xəbər verir ki, Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, əsas kapitala yönəldilmiş investisiyaların 64 milyon 433,7 min manatı və ya 94,7 faizi tikinti quraşdırma işlərinə, 3 milyon 640,3 min manatı və ya 5,3 faizi isə digər işlərə yönəldilib.
Əsas kapitala yönəldilmiş investisiyanın 60 milyon 582,3 min manatı və ya 89 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 7 milyon 491,7 min manatı və ya 11 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələri tərəfindən həyata keçirilib. 2021-ci ildə 8 milyon 676,9 min manatlıq əsas fondlar istifadəyə verilib ki, ondan 4 milyon 995,2 min manatı dövlət, 3 milyon 681,7 min manatı qeyri-dövlət mülkiyyətinə məxsusdur. Vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 10 min 800 kvadrat metr, dəyəri 3604,4 min manat olan 96 yaşayış evi tikilib.

