Ağsu rayonunda son illər sənaye məhsullarının istehsalında artım qeydə alınır. Cari ilin ötən iki ayında da sənaye məhsullarının istehsalında artım olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-fevral aylarında Ağsuda 6 milyon 184 min manatlıq sənaye məhsulları istehsal olunub. Bu göstərici 2021-ci ilin ilk iki ayı ilə müqayisədə 38 min manat çoxdur. Rayonun ən iri sənaye müəssisələri olan “AzGranata”, “Ağsu şərab”, “Miri Grant” MMC-lərdə artım daha çox qeydə alınıb.
