Gündəm 

Bakı Limanın baş direktoru: “Zəngəzur dəhlizi Azərbaycanın ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”

“Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Bakı Limanın baş direktoru Taleh Ziyadov “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi arasında ən qısa dəhlizdir:

“Bu, Şərq-Qərb dəhlizinə yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək”.

T.Ziyadov qeyd edib ki, Azərbaycanın ticarət mərkəzinə çevrilməsi coğrafi mövqedə də vacibdir:

“Bakı Limanı burada öz rolunu oynayacaq. Düşünürəm ki, inkişafın təməlini təşkil edəcək”.

Qeyd edək ki, “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsi Bakı Limanı və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Daha çox xəbərlər