“BMT-nin İnkişaf Proqramı ilə Azərbaycanın əməkdaşlığını daha da dərinləşdirməyə çalışacağıq” – Miryana Eqqer
BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirməyə çalışacağıq.
ARANTV.AZ AzərTAc-a istinadən xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın hökumət nümayəndələri ilə görüşlərdə BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə ediləcək: “Müzakirələrdə BMT-nin İnkişaf Proqramının planlarına Azərbaycanın prioritet hesab etdiyi sahələrdə ölkəyə verə biləcəyi dəstək məsələsi də yer alacaq”.

