Hadisə 

Azadlıq prospektində ağır qəza – YARALILAR VAR

Ötən gecə Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, saat 00:30 radələrində Binəqədi rayonu ərazisində – Azadlıq prospektində “Saipa” və “Mercedes” markalı 2 avtomobil toqquşub.

Qəza nəticəsində “Saipa”da olan 2 kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər