Siyasət 

Avropa İttifaqı ilə Azərbaycan arasında intensiv dialoqun və münasibətlərin inkişafının şahidi oluruq

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

ARANTV.AZ  xəbər verir ki,  Peter Mixalko bildirib ki, Novruz dirçəliş, yeni başlanğıclar, baharın nəfəsi, bolluq və birlik bayramıdır.

P. Mixalko qeyd edib ki, bu bayram yeni başlanğıcları və baharı qeyd etmək, ailə və dostlarla bir araya gəlmək üçün unikal fürsətdir: “Bu gün hamı dünyada baş verən pandemiya və Ukraynadakı müharibəyə görə çətin günlər yaşayır. Lakin biz hələ də parlaq gələcəyə ümid edirik, sülh və firavanlıq, daha yaxşı gələcək üçün birlikdə işləməyə davam edirik. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında həm ikitərəfli, həm də Şərq Tərəfdaşlığı çərçivəsində əhəmiyyətli və intensiv dialoqun və münasibətlərin inkişafının şahidi oluruq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi adından Azərbaycan xalqını Beynəlxalq Novruz Günü münasibəti ilə təbrik edirəm. Bu bayramın evlərinizə sevinc, süfrələrinizə bolluq gətirməsini arzu edirik. Gəlin hamımız bu gözəl bayramı qeyd edərək, bir-birimizlə daha mehriban, sağlam qalmaq üçün bir-birimizə dəstək olaq”.

Daha çox xəbərlər