Metronun qarşısında ağır qəza – Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu
Bakıda ağır yol qəzası baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Cavadxan küçəsində – metronun “Nəsimi” stansiyasının yaxınlığında “Mercedes” markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.
Nəticədə “Mercedes”in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

