Min dərdə dərman – Qoz arakəsmələri
Qoz arakəsmələri çox qiymətli müalicəvi məhsuldur.
Onlar çox zəngin kimyəvi tərkibə malikdir – orqanik turşular, qlikozidlər, alkaloidlər, yod, kalium, maqnezium, sink, büzücü maddələr və s.
ARANTV.AZ bildirir ki, arakəsmələrin saymaqla bitməyən faydaları var:
– mikrobəleyhinə təsir edir
– orqanizmi möhkəmləndirir
– şişəleyhinə təsirə malikdir
– ürək-damar sisteminə müsbət təsir edir, damarları təmizləyir
– immuniteti möhkəmləndirir
– yod çatışmazlığı zamanı ən təsirli təbii vasitədir
– büzücü təsirə malik olduğundan babasil zamanı yaxşı kömək edir
– sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu və yaddaşı yaxşılaşdırır
– təzyiqi salır
– bağırsaqları “yığır”, ishal zamanı təsirlidir
– öskürək zamanı yardım edir
– kişi cinsiyyət sisteminə müsbət təsir edir, prostatit zamanı yardım edir
– boğazda və ağız boşluğunda iltihabları azaldır, damaqları möhkəmləndirir.
Qoz arakəsmələrinin dəmləməsi belə hazırlanır:
Qazana 1 stəkan qoz arakəsmələri, üzərinə 4 stəkan soyuq su tökün, odun üzərinə qoyun, qaynamağa başlayanda vam odda 10 dəqiqə qaynadın, tam soyudun, süzün. Dəmləmə hazırdır.
Yod çatışmazlığı, öskürək, iltihablar zamanı, immun, ürək-damar və sinir sistemini möhkəmləndirmək, təzyiqi salmaq məqsədi ilə bu dəmləməni 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Boğaz və ağız boşluğu iltihabları zamanı dəmləməni qarqara kimi istifadə edin.
Babasil zamanı dəmləmə ilə oturaq vannaları etmək yaxşı yardım edir.

