İraqda xlor sızması: 90-a yaxın zərərçəkən var
İraqın Əl-Kut şəhərində sutəmizləyici stansiyada xlor sızması ilə əlaqədar 90-a yaxın insan nəfəsalma ilə bağlı problem yaşayıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
O qeyd edib ki, əksər hallarda problemlər əhəmiyyətsizdir. Nazirliyin əməkdaşları qəzanın aradan qaldırılmasına cəlb olunub.

