Bağlanan modul tipli xəstəxanaların həkimlərinin fəaliyyətinə aydınlıq gətirilib
TƏBİB bağlanan modul tipli xəstəxanaların tibb heyətinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.
ARANTV.AZ xəbər verir ki, TƏBİB-dən bildirilib ki, tibbi personal digər tibb müəssisələrindən COVİD-19-la mübarizə çərçivəsində cəlb olunmuş heyət idi.
Bildirilib ki, bundan sonra, onlar ezam olunduqları tibb müəssisələrində fəaliyyətlərini davam etdirəcəklər.
Modul tipli xəstəxanaların bundan sonrakı fəaliyyətinə də münasibət bildirilib.
Qeyd edilib ki, zərurət yarandığı halda modul tipli xəstəxanalar yenidən tibbi xidmətlərin göstərilməsi üçün fəaliyyət göstərəcək.

