Ölkəmizin inkişafı istiqamətində böyük uğurlar əldə olunub
2018-ci ilin aprelində keçirilən prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyevin liderliyi ilə ölkəmizin inkişafı istiqamətində böyük uğurlar əldə olunub.
Azərbaycanın Avropada və dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətinin artmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” və TANAP boru kəmərlərinin fəaliyyətə başlaması ölkəmizin iqitisadi inkişafında da mühüm rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Dövlət başçısının rəhbərliyi ilə siyasi sferada olduğu kimi, iqtisadiyyat sahəsində də böyük uğurlar qazanılıb. Həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edilib. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub.
Bu baxımdan 2018-2023- cü illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla BMT qətnamələrini təkbaşına icra etdi. Ərazi bütövlüyümüzü təmin edən tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını Müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi.
Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu. Artıq münqaişə keçmişdə qalıb və ölkəmizdə Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021–ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. İşğaldan azad olunmuş ərazilərin bərpasına 2.2 mld manat vəsait ayrılıb.
Bir sözlə, dünyada nüfuzlu dövlətə çevrilən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük zirvələr fəth edəcək, qələbələq qazanacaq!
Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi

