Gizli qalan gerçək – Erməni kimliyini sübut edən FACİƏ
Tarixi topraqlarımızdan didərgin salmaq, bu xalqın izini həmin ərazilərdən yerli-dibli silmək üçün ermənilər taix boyu azərbaycanlılara qarşı soyqrımlar törədiblər. Keçmişə nəzər saldıqda belə dəhşətli qətliamların müxtəlif dövrlərdə, müxtəlif ərazilərdə törədildiyini görmək mümkündür. Dövlətçilik ənənəsinin terrorizm, cinayətkarlıq üzərində qurulduğu Ermənistanın azərbaycanlılara qarşı bu cür cinayət əməllərinin qalıqları üzərindən on illiklər keçsə də bu gün yenə də aşkara çıxmaqdadır. Biz buna misal son olaraq hərbiçilərimiz tərəfindən nəzarətə götürülən Fərrux kəndində günlər öncə Birinci Qarabağ müharibəsi zamanında qətlə yetirilən soydaşlarımıza məxsus kütləvi məzarlıqların aşkar edilməsi faktını göstərə bilərik.
Əsrlər boyu erməni işğalçılarının torpaqlarımıza dikilmiş gözləri, heç zaman bitməyən tamahları, birbaşa və ya dolayısı ilə türkə, türkçülüyə qarşı qətliam tökmək niyyətləri bitmir ki, bitmir. Belə faciələrdən ən dəhşətlilərinin bir çoxu məhz Birinci Qarabağ müharibəsi tarixində Azərbaycan xalqının başına gətirildi ki, o vaxtkı hakimiyyətin səriştəsizliyi, vəzifə davası, tamahkarlığı vətəndaşlarını Allahın ümidinə buraxmışdı.
Həmin dövürdə erməni terrorçularının törətdikləri elə cinayət kütləvi qətliamlar olub ki, onlar haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. Belə hadisələrdən biri də məhz Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsidir ki, bu qətliam Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri hesab olunur.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücumu nəticəsində bundan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın vəziyyətdə, qarla örtülü meşələrə, dağlara qaçmağa cəhd edərkən 779 nəfər dinc sakinə divan tutdular. Ermənilər yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Belə ki, erməni faşizminin ən tutarlı faktlarından olan Ağdaban faciəsi zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər ahıl, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, həmçinin, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Bu faciə zamanı 5 nəfər girov götürülüb, 2 nəfər itkin düşüb ki, indiyə kimi onlardan da bir xəbər yoxdur.
1993-cü il mart ayının 27-də isə erməni terrorçu birləşmələri, separatçılar Kəlbəcər rayonuna hücum edən zaman işğalı Ağdaban kəndindən başlayıblar. Beləliklə erməni silahlıları Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranə qoyublar. Beləliklə də, erməni separatçıları Birinci Qarabağ savaşında Ağdaban kəndində ikinci faciəni törətmiş olublar. Ağdaban kəndində də bu müharibə zamanı ərazinin işğalı, əhalinin soyqırımı ilə yanaşı, bütün maddi, mədəni, dini, milli sərvətlərimiz talan edilərək dağıdılıb.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.
Heç kəsə sirr deyil ki, bu gün Ermənsitan cəmiyyətində Azərbaycana, türkə, türkçülüyə, islama qarşı nifrət daha güclü şəkildə aşılanır. 44 günlük müharibə ilə tarixi ədaləti bərpa etsək də biz bu gün Ermənistanın istər iqtidar nümayəndələrinin, istər müxalif partiyalarının, istərsə də lobbi təşkilatlıarının bəyanatlarından sülhə təhdid yaradacaq, regionda sabitliyi pozmağa hesablanmış bəyanatlarına şahid oluruq. O da məlumdur ki, rəsmi İrəvanın işğalçılıq ritorikası hələ də dəyişməyib. Belə bir vəziyyətdə əgər bu gün geosiyasi vəziyyət əksinə olsaydı, yəni Ermənistan Azərbaycan üzərində istər iqtisadi, istər hərbi, istərsə də diplomatik üstünlük əldə etsəydi düşmən öz məkirli niyyətini, növbəti soyqrım törətmək isətklərini praktiki olaraq nümayiş etdirəcəkdilər. 30 il ərzində benəlxalq hüququ ayaq altına atsa belə nüfuzlu alki qurmlardan, özlərini ədalət keçikçisi adlandıran dövlətlərdən “gözün üstə qaşı var” ifadəsini belə eşitməyən Ermənistanın Xocalı, Ağdaban kimi soyqrımları yenidən törətməyəcəyinə isə heç kim zəmanət verə bilməz.
Elə bu səbəbdən də Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatından sonra az qala hər çıxışında yerli auditoriyaya müraciəti zamanı ermənilərlə sülh, əminamanlıq şəraitində yaşamağın, kommunikasiyaların qurulmasının regionda sabtilik nöqteyi nəzərdən olduqca mühim məsələ olduğunu qeyd etməsinə baxmayaraq “Ermənistanın bizə qarşı müxtəlif zamanlarda törətdikləri vəhşilikləri, cinayət əməllərini unutmamalıyıq” mesajını verir. Dövlət başçısı bununla da xalqa “Biz ermənilərlə 30 il əvvəlki kimi gediş-gəlişi bərpa edə bilərik, amma unutmayın ki, bizə qarşı ən böyük faciələri məhz Ermənistan dövləti, erməni cinayətkarları törədiblər” mesajı verərək, “köpəklə yoldaşlıq et, amma çomağını yerə qoyma” misalını ön plana çıxarır.

