Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru
Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli- mənəvi dəyərlərə və ənənlərə sadiq qalan, onları daim uca tutan , xalqına və onun gələcəyinə böyük nikbinliklə baxan , qüdrətli Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin 6 aprel 2022-ci il tarixli Brüssel görüşü , 44 günlük Vətən müharibəsinin nəticələri əsasında regionda yaradılan yeni reallığın , etibarlı sülhün formalaşdırılmasına daha da möhkəmləndirilməsinə xidmət edir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca ikinci görüş və bu görüşün nəticələri bir daha göstərdi ki, bu tədbir artıq münaqişənin həll olunmasından , ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına doğru atılmış mühüm bir addımdır. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin müəyyən etdiyi Brüssel gündəliyi regionda davamlı sülhün, əmin- amanllığın və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. Brüssel danışıqları və onun nəticələri, birmənalı olaraq dövlətimizin milli maraqlarına əsaslanıb. Görüşün nəticəsi bir sıra məsələlərə görə , gələcəyə doğru daha inamlı , perespektivli, uğurlu bir addım hesab olunur.
Azərbaycan Ermənistan tərəfinə 5 baza prinsipi üzrə danışıqların aparılması və razılaşmanın əldə edilməsi ilə bağlı təkliflər irəli sürüb. Sülh sazişinin bağlanmasında da müzakirə olunan məsələlərdə həmin prinsiplər əsas götürülür. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağın Azərbaycanın tərkib hissəsi olması və bu istiqamətdə razılaşma əldə edilməsi olduqca müsbət bir irəliləyişdir. Bu isə regionda dayanıqlı sülhün , təhlükəsizliyin, sabitliyin formalaşması üçün çox mühüm amillərdəndir.
Azərbaycan və Ermənistanın siyasi liderlərinin razılığına əsasən hər iki dövlətin sərhədlərinin müəyyən edilməsi və delimitasiyası ilə bağlı birgə sərhəd komissiyası yaradılmalı və aprelin sonunadək komissiyanın yaradılması prosesi başa çatmalıdır. Hər iki ölkə arasında nəqliyyat- kommunikasiyalarının bərpası ilə bağlı əldə olunmuş razılaşmaya əsasən “ Dəmir yolu xətlərinin , avtomobil yollarının “tikilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşmaya görə, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi, onlar haqqında müfəssəl məlumatın verilməsi, onların kütləvi şəkildə dəfn olunduğu məzarlıqların tapılması, eyni zamanda, Qarabağda bərpa-yenidənqurma işləri ilə bağlı məsələlərdə Azərbaycana kömək göstərəcək”.
Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb. Sənəddə Dağlıq Qarabağ ifadəsinə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlik instituna istinad edilməməsi Azərbaycanın irəli sürdüyü baza prinsiplərinin qeyd-şərtsiz qəbul olunmasından xəbər verir.
İki ölkə arasında həllini gözləyən ən vacib problemlərdən biri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. İlk dəfə Brüssel görüşündə bu məsələ barəsində razılaşma əldə edildi. Belə ki, aprel ayının sonuna qədər bu istiqamətdə sərhəd komissiyasının formalaşdırılması qərara alındı. Yəni, artıq ümumi sözlərdən konkret əmələ keçilib.
Brüssel görüşünün nəticələri hər iki ölkə arasında, həm də regionda sabitliyə, sülh sazişinə və Azərbaycanın siyasi-diplomatik zəfərinə doğru sürətli və uğurlu irəliləyişdir.
Vəfa İsmayılova
Laçın şəhər 1 nomrəli tam orta məktəbin direktoru
YAP Laçın rayon təşkilatının 48 saylı Ərazi Partiya Təşkilatının sədri

