Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar
Bu gün Azərbaycan dünyada idman ölkələrindən biri kimi tanınır. Heç şübhəsiz ki, bu cənab prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Dövlət başçımız fəaliyyətinin bütün dövrlərində bu sahəyə diqqətlə yanaşmış, ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaratmışdır.
Cənab prezidentimiz aprelin 8-də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşəndə də bu məqamı xüsusi qeyd etmişdir: ,,Bir müddət bundan əvvəl elə bu otaqda gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim ki,yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər”.
Bu tələb ve tövsiyyələr tez bir zamanda öz nəticəsini göstərdi. Ləyaqətli idmançılarımız bu məsuliyyəti dərk edərək qarşılarına qoyduqları vəzifənin öhdəsindən layiqincə gəldilər.
Bu qələbə hər bir Azərbaycan vətəndaşına qürur, başucalığı verir. Çünki hər qələbədən sonra Dövlət Himnimizin səsləndirilməsini, üçrəngli bayrağımızın dalğalanmasını, idmançılarımızın gözlərindəki sevinc qığılcımlarını görməkdən daha artıq qürurverici nə ola bilər?
Bu həm də ölkəmizin təqdimatı deməkdir. Beynəlxaq aləmdə yerinin ve rolunun möhkəmlənməsi, eyni zamanda bu sahədə dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir.
Azərbaycanın 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə isə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu tədbirlərin yüksək səviyyədə təşkilatçılığı layiqincə dəyərləndirildi. Azərbaycan bu idman tədbirləri vasitəsilə müsəlman dünyasında İslam həmrəyliyinin daha da möhkəmlənməsində öz töhfələrini verdi.
İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. Bu da öz növbəsində cəmiyyətimizdə vətənpərvərlik hisslərinin güclənməsinə gətirib çıxarır.
İki ilə yaxındır ki, ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılıb. Qalib xalqın idmançıları olaraq vətənə 16 medalla geri dönən idmançılarımız düşmənə cəbhədə həddini ve sərhədini göstərən Azərbaycan əsgərinin müharibədə göstərdiyi şücaəti idman döşəyi üzərində göstərərək ləyaqətli qələbə qazanmışdır.
Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə birdaha bu çağırışı etdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli ruhda milli dəyərlər əsasında tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.
Ümummilli liderimiz Heydər Əliyevin ,,Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsi bu gün artıq öz yerini tapmışdır.
İnanırıq ki ,bundan sonrada hər bir sahədə respublikamızın davamlı və sürətli inkişafı fonunda yeni zirvələr fəth olunacaqdır.
Çıraqova Mehri Elxan qızı
Laçın rayon 28 nömrəli tam orta məktəbin direktor müavini
YAP Laçın rayon təşkilatının 37 saylı ƏPT sədri

