Dünya 

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb

Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək.

Arantv.az Trend-ə istinadən bildirir ki, şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq, bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılıb.

Bu il isə Səhiyyə Nazirliyi tərəfindən bu dərmanların alınmasına 44 milyon manat sərf ediləcək.

Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına daimi dərman və özününəzarət vasitəsilə təmin edilib.

Daha çox xəbərlər