Öpməklə oruc pozulurmu?
Sual: Oruclu halda birini öpməklə ya da qucaqlamaqla oruç pozularmı?
Cavab: Öpməklə, birini qucaqlamaqla və ya hər hansı bir yerindən tutmaqla oruç pozulmaz.
Verdiyiniz suala Peyğəmbərimizdən gələn bir rəvayətlə də aydınlıq gətirə bilərik:
Səhabədən biri, “Mən oruçlu halda ürəyimə düşdü və (zövcəmi) öpdüm. Arxasından rəsulullah əleyhissəlama gəlib:
-Ey Allahın elçisi! Bu gün böyük bir qəbahət işlədim. Mən oruçlu olduğum halda (zövcəmi) öpdüm, dedim.
Rəsulullah əleyhissəlam:
-Sən oruçlu olduğun halda, ağzına su alıb çalxalasan nə olar? dedi.
Mən:
-Heçnə olmaz (zərəri yoxdur), dedim.
Bunun üzərinə Rasulullah:
-Elə isə, zövcəni öpməyin də ağzına su alıb çalxalamağın kimidir.

