Siyasət 

Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır – Zaxarova

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə rəsmi Moskvanın Azərbaycan ərazisində Amerikanın bioloji laboratoriyalarının olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Biz bununla bağlı daxil olan istənilən siqnala çox diqqətlə yanaşır və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq”, – Zaxarova qeyd edib.

Daha çox xəbərlər