Cəmiyyət 

“Bakı xanlarının sarayı yaxın vaxtlarda açılacaq”

Yaxın vaxtlarda Bakı xanlarının sarayının bərpadan sonrakı açılış mərasimi keçiriləcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunun İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarixi abidələrin bərpası ilə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulub.

“Bu istiqamətdə işlər artıq yekunlaşıb. Yaxın müddət ərzində açılış olacaq və ziyarətçilərin ixtiyarına veriləcək”- , deyə o əlavə edib.

Daha çox xəbərlər