Gündəm 

Ticarət şəbəkəsində istehlakçılara 6,2 milyard manatlıq ərzaq, içkilər və tütün məmulatları satılıb

Cari ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz artıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

Daha çox xəbərlər