Turist avtobusu yandı: 26 ölü, 28 yaralı
Çinin Hunan əyalətində içərisində 56 nəfərin olduğu turist avtobusu hərəkətdə olarkən yanıb.
ARANTV.AZ xəbər verir ki, bu haqda Çinin mərkəzi televiziyası bildirib.
Nəticədə, 26 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.
Alışmanın səbəbi hələlik məlum deyil. Hadisə zamanı avtobusda 53 sərnişin, 2 sürücü və bir ekskursiya rəhbəri olub.
Bütün zərərçəkənlər üç yerli xəstəxanaya çatdırılıb, 5 nəfərin vəziyyətison dərəcə ağır qiymətləndirilir. Hər iki sürücü saxlanılıb, araşdırma aparılır.publika.az

