Şou biznes 

Türkiyənin divasının klipi 1 günə 100.000-dan çox izləndi – VİDEO

Türkiyəli müğənni Bülent Ersoy ötən gün “Ümit Hırsızı” mahnısı və eyniadlı klipi təqdim edib. ARANTV.AZ-ın məlumatına görə, bununla da 1 gün ərzində sənətçinin “Ümit hırsızı” klipini bir gün ərzində 100 mindən çox insan izləyib, 1000-dən çox şərh gəlib. Qeyd edək ki, “Ümit hırsızı” adlanan mahnının söz və musiqisi megastr Tarkan Tevetoğluna məxsudur. Bu sənətçinin Tarkan ilə olan ikinci işbirliyidir. Bundan əvvəl isə o “Bir ben, bir Allah biliyor” mahnısını oxuyub. Ekran işinin rejissorluğunu Nihat Odabaşı edib.

Daha çox xəbərlər