Hadisə 

Bakı-Ələt yolunda qəza – 2 nəfər öldü

Bayramın 5-ci günü yol qəzası nəticəsində 2 nəfər ölüb.

ARANTV.AZ  virtualaz.org-a istinadən xəbər verir ki, martın 24-dən 25-nə keçən gecə Bakı-Ələt avtomobil yolunda qəza baş verib.

Maşında olan 3 nəfərdən biri hadisə yerində ölüb, yaralılardan biri Klinik Tibbi Mərkəzə gətirilib, digərinə tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Səhər saatlarında isə Bakı-Sumqayıt yolunda baş vermiş qəzada bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. Abubəkirov deyib ki, yaralılardan biri xəstəxanaya aparılarkən yolda keçinib, digərlərinin vəziyyəti ağırdır.

Daha çox xəbərlər