Cəmiyyət 

Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

ARANTV.AZ xəbər verir ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə bir lüqustr ağacının kəsildiyi, bir əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

Daha çox xəbərlər

Leave a Comment