Siyasət 

Azərbaycan-Rusiya əlaqələri müttəfiqlik səviyyəsinə qalxıbsa…Overçuk İrəvana niyə gedib?

Rusiya baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Ermənistana gəlib. Nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da daxildir. Artıq onları baş nazir Nikol Paşinyan qəbul edib.

Xatırladaq ki, Overçuk Ermənistan və Azərbaycan nümayəndələrinin də daxil olduğu və regionda kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədridir. Az öncə o, Bakıda olmuş, İlham Əliyev tərəfindən qəbul edilmişdi. Lakin kommunikasiyaların açılması hələ də yubanır. Halbuki bu barədə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarında açıq və birmənalı deyilir. Sual yaranır: Rusiya gerçəkdənmi və səmimi şəkildə bölgədə nəqliyyat-kommunikasiya arteriyalarının açılmasında maraqlıdır?

Mayın 12-də Düşənbədə Azərbaycan və Rusiya XİN rəhbərləri – Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilən görüş zamanı Lavrov qeyd edib ki, görüş “Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə, müttəfiqlik səviyyəsinə yüksəldiyi bir vaxtda” keçirilir.

Əgər belədirsə, nədən Moskva adı çəkilən 2 sənədlə öz üzərinə götürdüyü yazılı öhdəlikləri yerinə yetirmir, vassal Ermənistana təzyiq eləmir? Biz hələ Qarabağda qalmış qanunsuz erməni silahlı dəstələrini ilyarımdı tərksilah edilməməsini (10 noyabr sənədinin 6-cı bəndi) demirik…

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin məsələyə baxışı belədir: “Rusiyanın birtərəfli qaydada sanki prosesləri yubatmaq məqsədi hiss olunur. Burada hesab edirəm ki, çox ciddi faktorlar üzərində fikir yürütmək lazımdır. İndiki məqamda Rusiyanın problemlərin həllinə üstünlük verməməsi diqqət çəkir. Düşünürəm ki, Rusiya Ermənistanda onun iradəsindən asılı olmayaraq müəyyən qüvvələrin olduğunun fərqindədir. Bu Paşinyan hakimiyyətinə bağlı olan ünsürlərdir. Çox güman ki, Ukrayna prosesinə bir növ Putin Qərblə hesablaşma kimi baxdığından bunu Ermənistanda da nəzərdən keçirə bilər. Bu mənada daha optimal vəziyyətin yetişməsi üçün proseslərin yekunlaşmasına bir o qədər də sürətli şəkildə təsir göstərmir. Bu versiyalardan biridir.

Digər versiya ondan ibarətdir ki, paralel şəkildə Qarabağdakı ermənilər Ermənistanda baş verən proseslərə, o cümlədən, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına pərçimləniblər. Burada Azərbaycan tərəfinin də açıqlaması tam yerinə düşür ki, biz Xankəndində ictimai asayişin təmin olunmasını həyata keçirməyə hazırıq. Bu “B” variantı olaraq bir qədər ağılabatan görünür. Ola bilər ki, biz həqiqətən də baş verəcək potensialda görünən sülh müqaviləsində əməliyyatlar yolu ilə sürətli nəticələr əldə edə bilərik. Tam olaraq, bu cür qarışıq mənzərə meydana çıxıb”.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli: “Moskvanın problemlərin həllinə üstünlük verməməsi diqqət çəkir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Azərbaycan Ermənistanla yanaşı Rusiya ilə də üz-üzədir: “II Qarabağ savaşında təkcə ermənilər məğlub olmadı, şimal qonşumuz onlarla bərabər uduzdu. Sadəcə bunu etiraf etmək istəmirlər. Reallıq ondan ibarətdir ki, rus silahı, Rusiyanın müdafiə tərəfi məğlub oldu. Rusiya həmin vaxt çətin durumda idi və Azərbaycan tərəfindən xahiş edən qisimdə çıxış edirdi ki, hərbi əməliyyatları dayandırın. Müharibədən sonra Azərbaycan tərəfin əldə etdiyi uğurları əldən almaq xəttinin yürüdüldüyü açıq görünür. Son hadisələr onu göstərir ki, birlikdə hərəkət edirlər. Lavrov Düşənbə görüşündən sonra deyir ki, Azərbaycanla münasibətlər yeri mərhələyə daxil olub. Bunlar söz yığınından başqa bir şey deyil. II Qarabağ savaşının gedişində Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə idi. Türkiyə ilə birlikdə güc mərkəzinə çevrilmiş Azərbaycanla hesablaşılırdı.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı: “Rusiya Ermənistanın məğlub olmadığı görüntüsünü yaratmağa çalışır”

Düşənbə görüşündən çox şey gözləyirdik. Ermənilər son vaxtlar müxtəlif tələblərlə çıxış etməyə başlayıblar, 6 şərt-filan irəli sürürlər. Rusiyanın ermənilərə dur deyəcəyi və Azərbaycanən şərtlərini qəbul etdirəcəyi gözlənilirdi. Çox təəssüf ki, bunu görmədik. Erməni xarici işlər nazir belə fikirlər deyir ki, sənədi sülh müqaviləsi deyil, münasibətlərin normallaşdırılmasına dair qəbul edək. Burada da hiyləgər bir nüans var. Rusiyanın xəbəri olmadan onlar belə fikirlərlə çıxış edə bilməzlər. Sülh müqaviləsi müharibədən sonra imzalanır. İndi belə fikirlər irəli sürməkdə məqsədləri odur ki, guya Ermənistan məğlub olmayıb görüntüsü yaratsınlar. Amma Rusiya yolların açılmasında maraqlıdır. Ona da çalışır ki, yolların açılması daha çox ermənilərlə onlara sərf etsin. Bunun üçün Azərbaycan və Türkiyənin az mənfəət götürməsinə çalışırlar. Azərbaycan bir daha öz müttəfiqləri ilə münasibətlərini möhkəmləndirməlidir. Xankəndi və digər ərazilərdə idarəçiliyimiz bərpa olunmalıdır. Ermənilərlə bizim xoş münasibətlər perspektivimiz mümkün deyil. Onlar zoru və gücü qəbul edirlər. Bunun üçün də bu istiqamətdə işlər davam etməlidir”.

Turab Rzayev: “Brüssel görüşləri çox uğurlu alınır”

Turab Rzayev: “Biz Rusiyanı Ermənistanın yanında görürük”

Siyasi şərhçi Turab Rzayev isə şimal qonşumuzun Ermənistanın yanında dayanmağa davam etdiyini söylədi: “Burada maraqlı məqam var. Bilirsiniz ki, Rusiya II Qarabağ savaşında sülhməramlı missiyada çıxış etdi və sülhməramlılarını regiona yerləşdirdi. Eyni vaxtda dedi ki, Qafqazda sülhün qarantiyası məndədir. Bununla Ermənistanla Azərbaycan arasında sülhü üzərinə götürdü. İndiyə qədər Rusiyanın iştirakı ilə bir neçə dəfə görüş keçirilib. Amma üçtərəfli bəyanatdakı heç bir bənd üzərində bir irəliləyiş əldə olunmayıb. Kommunikasiyaların açılması ilə bağlı bir neçə dəfə görüş baş tutub. Amma ortada heç bir real nəticə yoxdur. Terrorçuların tərksilah edilməsi ilə əlaqədar də bir irəliləyiş görmürük.

Brüsseldə iki görüş baş tutdu. Baxmayaraq ki, müharibə vaxtı Avropa İttifaqı ermənipərəst mövqedən çıxış etmişdi, Fransa ilə əlaqələrimiz çox zəifləmişdi. Amma ilk görüşdə Zəngəzur koridorunun dəmiryol ayağının açılmasına icazə verdi. Paşinyan dedi ki, siz Zəngəzurda dəmiryolu xətti çəkə bilərsiz, Ağbənddən, Zəngilandan Ordubada qədər yol çəkib, Azərbaycanla Türkiyəni birləşdirin. İkinci Brüssel görüşündə də Ermənistanın Azərbaycanın beş şərtinə müsbət reaksiya verdi, iki ölkənin xarici işlər nazirlərinin yanında sülh komissiyasının yaradılmasını öz üzərinə götürdü. Sərhədlərin demakrasiya və delimitasiyası ilə bağlı komissiya yaradılmalı idi.

Amma bunların heç biri hələ baş tutmayıb. Görünən odur ki, Rusiya tərəfi bunları istəmir. Lavrov Azərbaycan-Rusiya əlaqələrinin müttəfiqlik səviyyəsindən danışır. Bu istiqamətdə bir sıra müqavilələr də imzalanıb. Amma biz indi nə görürük? Biz Rusiyanı Ermənistanın yanında görürük. Overçukun Ermənistanda nə çıxışı olubsa, heç birində ermənilərin üzərlərinə götürdüyü öhdəliklərlə bağlı heç nə yoxdur. Əslində burada Rusiyanın Ermənistana bir təzyiq etməsinə də gərək yoxdur. Nəzərə alaq ki, Qarabağda rus sülhməramlılarının olduqları yerlər onların nəzarətindədir, o halda rusların özlərinin terrorçu qruplaşmaları tərksilah etmək imkanları var. Biz bunu görməli halda ev təmiri, park açılışı, abidə qoyulmasını görürük. Rus dili tədris mərkəzi belə gördük. Bir sözlə Rusiya üzərinə düşən vəzifələrin heç birini yerinə yetirmir”.

Daha çox xəbərlər