Hadisə 

Bakıda piyadanı maşın vurdu – VİDEO

Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə “Monte Karlo” restoranının yaxınlığında yaşanıb.

“Mitsubishi Pajero” markalı, 10 KS 027 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Həsənov Mail Hacıbala oğlunu vurub.

M.Həsənov 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər