Siyasət 

Belarusun baş naziri Azərbaycana səfər edəcək

Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Interfood” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.

Daha çox xəbərlər