Bölgə 

Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Muzeylər Günü” ilə bağlı tədbir keçirilib+FOTOLAR

 

Tədbirdə giriş sözü ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. O, qeyd edib ki, ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması üçün mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımların atıldığını, mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran regional idarənin rəisi vurğulayıb ki, dövlət başçısının bu istiqamətdə imzaladığı bir sıra sərəncam və fərmanlar muzey işinin hüquqi bazasının formalaşmasına və dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır.

 

Regional idarə rəisi çıxışının sonunda muzeydə çalışan bütün muzey işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır.

 

Tədbirdə çıxış edənlər qeyd edib ki, gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli­mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir.

 

Tədbir Bərdə rayon Divanlı kənd Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.

 

Daha çox xəbərlər