Kriminal 

Qardaşı arvadı ilə qonşu kişini bıçaqladı

Gəncədə qadın və onun qonşusu bıçaqlanıb.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Eldar Firudin oğlu Əliyev və 1991-ci il təvəllüdlü Elvira Elman qızı Hüseynova bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hər ikisi cərrahiyyə əməliyyatına alınıb.

İlkin məlumata görə, onların hər ikisini E.Hüseynovanın qaynı bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər