Cəmiyyət 

Döl 5 kiloqram olduğuna görə keysəriyyə… – Ana ölümünün ilkin səbəbi məlum olub

Səhiyyə Nazirliyi Neftçala rayonunda baş verən ana ölümünə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən metbuat.az-a verilən məlumata görə, hadisə martın 23-də baş verib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib.

“Qadının birinci doğuşu olub. Döl 5 kiloqram olduğuna görə keysəriyyə əməliyyatı etmək qərara alınıb. Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saatdan sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək”, – deyə nazirliyindən bildirib.

Qeyd edək ki, 22 yaşlı rayon sakini Gülnaz Abdullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib. Onun dünyaya gətirdiyi körpə isə sağ qalıb.

 

Daha çox xəbərlər