Region Xəbərləri Təhsil 

Bu obada cəmi bircə şagird var, o da hər gün 5 km piyada gedir-BƏRDƏ

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli Rəsul oğlu Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur.

ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, məktəb yolunun bir hissəsi Kür çayından keçir. Bizimlə söhbətində Əli Hümbətov bildirdi ki, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə gedir Bu illər ərzində havanın isti və soyuq olmasına baxmayaraq çalışıb ki, dərsdən qalmasın.

Ancaq hava küləkli olanda Kür çayı keçilməz olur. Belə hava şəraitində Əli məcburən dərsdən qalsa da, sinif yoldaşları və müəllimləri keçmədiyi dərsləri öyrənməkdə ona köməklik edirlər.

Səhər saat 7 də evdən çıxan 5-ci sinif şagirdi bir saat sonra, saat 8 də məktəbdə olur. Məsafə uzun olsa da, dərsə gəcikmir. Əksinə hamıdan tez məktəbdə gəlir. Dərslərini yaxşı oxuyan Əli əlaçıdır.O, gələcəkdə polis olmaq istəyir.

Qeyd edək ki, Baba meşə ərazi Bərdə rayonunun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 km aralıda yerləşir. Sözü gedən ərazidə 10-dək məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı təsərrüfatla, heyvandarlıqla məşğuldurlar.

Ərazidə məktəbli şagird isə yalnız Əli Hümbətovdur. Əli deyir ki, məktəbin müəllimləri, şagirdləri o cümlədən kənd camaatı ona çox qayğı və sevgi göstərirlər.

Zərdab rayon Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbində isə 80 nəfər şagird təhsil alır ki, onların təlim tərbiyəsi ilə 17 nəfər pedaqoq məşğul olur.

Daha çox xəbərlər