Mingəçevirdə usta hovuza düşərək öldü
Mingəçevir sakini bədbəxt hadisə nəticəsində ölüb.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib.
Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Lahıcov Fazil İslam oğlu yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi 1 metr olan hovuza düşüb. Hovuzda köməksiz vəziyyətdə qalan usta ölüb.
Faktla bağlı araşdırma aparılır.ona

