Şamaxıda qayınını gəlin öldürdü? – Şok iddia – VİDEO
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış”da maraqlı anlar yaşanıb.
Teleaparıcı Şamaxı rayonunda çəkilişlər həyata keçirib. Araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb.
Belə ki, verilişə müraciət edən Alışan adlı şəxs qardaşının ölümündə digər qardaşı Xəqaninin arvadını günahlandırıb. O bildirib ki, “Şirvanini məhz qardaşım Xəqaninin arvadı zəhərləyərək öldürüb”.
Teleaparıcı ölüm işində günahlandırılan ailələrlə görüşüb. Hətta mərhumun həyat yoldaşı da Amil Xəlilə açıqlamalar verib.

