Fransada qocalar evində kütləvi zəhərlənmə: 4 nəfər öldü, 22 nəfər xəstəxanalıq oldu
Fransanın cənubunda Lerm şəhərindəki qocalar evində baş verən kütləvi zəhərlənmədən 4 nəfər ölüb, daha 22 nəfərə isə tibbi yardım göstərilib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, kəskin qida zəhərlənməsi səbəbindən tibbi yardım göstərilən 22 nəfərdən 15-i hələ də xəstəxanadadır.
Qeyd olunur ki, bu qocalar evində ən varlı yaşlılar məskunlaşıb. Ev 90 nəfər üçün nəzərdə tutulub.
İnsidentlə bağlı araşdırma başlayıb. Hazırda qocalar evinin mətbəxində laborator təhlillər aparılır.

