Tərtərdə yol qəzası: iki nəfər xəsarət aldı – FOTO
Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Bayraq meydanı ərazisində qeydə alınıb.
Qəza zamanı “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.
Hadisə zamanı hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Onların şəxsiyyəti müəyyənləşdirilib. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
oxu.az

