Hadisə 

Bakıda marketə silahlı basqın – Qadın satıcını hədələyib…

Bakıda quldurluq hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.

28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər