Siyasət 

Gürcüstan mediası Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfərini geniş işıqlandırıb

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, burada iştirak etdiyi tədbirlər və söylədiyi fikirləri geniş işıqlandırıb.

ARANTV.AZ xəbər verir ki,  gaxa.ge, interpress.ge, interpressnews.ge, 24news.ge və aktual.ge portallarında Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin maraqlı fikirləri yer alıb.

Materiallarda Kəlbəcər-Laçın yolunun tikintisi, azad olunmuş bütün şəhərlərdə İşğal və Zəfər muzeylərinin inşa edilməsi, təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layihələrinin uğurla icra edilməsinə dair fikirlər əksini tapıb.

Daha çox xəbərlər