Suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi qaydası hazırlanır
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyi tərəfindən “Suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi” qaydası hazırlanır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu qaydalar Hesablama Palatasının təklifi ilə hazırlanıb.
Palata suvarma suyundan qənaətlə istifadənin tənzimlənməsi məqsədilə suvarma sistemlərində su itkilərinin müəyyənləşdirilməsi qaydalarının hazırlanmasını təklif edib.
Qaydalar hazırlanıb aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

