Gündəm 

Bağda ərik var idi…

«Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü olsa da əməli ilə daha çox milli xəyanətkar adına layiq Gültəkin Hacıbəyli «xalq, narod» söyləyən Moşu qədər də olmadı

Atalarımıza ona görə müdrik deyirik ki, həyatda görüb, götürdüklərini zərgər dəqiqliyi ilə samlayıb, bərkdən-boşdan keçirib, nəhayətində möhürlərini vurublar. Bağda ərik məsələsi də əsrlərin sınağından keçib, bütün zamanların kəsiyində lazım olan məqamda hədəfə tuşlanmış, nadürüstlər haqqında deyim kimi dillərdə əbədi yaşamış və bugünümüzdə də söz haqqını qoruyur. Bir zamanlar ailə-məişət zəminində baş verən hadisələrlə bağlı məhkəmə salonlarında hamıya iftira atan Gültəkin Hacıbəyli sonradan xəyanət orbitini genişləndirərək Azərbaycan haqqında qarayaxmalara rəvac verdi.

Deputat kimi Milli Məclisdə arın-arxayın əyləşməklə kifayətlənməyib, Avropa Şurasında Azərbaycanı təmsil edən deputatların nümayəndəsi kimi, xarici parlamentarilər arasında forsla dolanan Gültəkin Hacıbəyəli üçün deyilib ki, «Bağda ərik var idi, salamməlik var idi. Bağda ərik qurtardı, salamməlik qurtardı.» «Həftə səkkiz, mən doqquz» deyib Avropanı dolaşan Gültəkinin səmum yeli kimi hərdəmxəyal ideyasında, məsləyində baş verən 360 dərəcəlik dönüş necə başladısa, müxalifətin cini onu necə vurdusa birdən dönüb oldu AXCP sədri Əli Kərimlinin həmfikri. Azərbaycanın çörəyini yeyib, suyunu içsə də Vətən, torpaq təəssübünü unudan, ona etimad göstərənləri çıxdaş edən «sabiq deputat» Moşunun dili ilə deyilsə « xalq, narod» sözlərini də leksikonundan birdəfəlik sildi. Sabiqlərin və dönüklərin qiybət məclisi olan «Milli Şura»nın Koordinasiya Mərkəzində əyləşəndən sonra isə daha irəli gedərək səsi Vətənə xəyanət edən, xarici ölkələrdə məskunlaşan xəyanətkarların mikrofonlarından eşidildi. Azərbaycana qarşı təxribat xarakterli müsahibələri ilə ölkəmiz haqqında «qara piar» kampaniyasının önündə gedən Gültəkin özü kimi satqın Sevinc Osmanqızının daimi müsahibi oldu. Verdiyi müsahibələri də «çevir tatı, vur tatı» məsəlinə uyğun eyni xarakterlidir. Burada deyiblər ki, «Dostunu göstər, sənin kim olduğunu deyim.» Elə Gültəkinlə Sevinc qazanla qapaq kimi biri-birinə tən gəliblər. Xəyanətdən yoğrulmuş məfkurələri ilə tərəzinin gözlərini xatırladan Gültəkin ölkəmizdə baş verən hadisələrdən, Ermənistan üzərindəki Qələbəmizdən söz açmağı belə «unutdu.» Azərbaycana qarşı həmişə rəqib mövqedə dayananların Silahlı Qüvvələrimizin şücaətindən danışdıqları məqamlarda belə vicdanı susan, «Milli Şura»nın sözçüsü kimi ermənipərst mövqeyi ilə Zəfərimizə qara yaxaraq böhtanlar yağdıran Gültəkin Azərbaycana qarşı xəyanətlərini ört-basdır etmək üçün özu kimi satqınlardan, trollardan istifadə edərək ağıla gəlməyən yalanları ilə insanların nifrətini qazandı. Ən qəribəsi budur ki, ermənilər tərəifəndən qətlə yetirilən, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən şəhidlərimizi unudan Gültəkin bir dəfə də olsun erməni faşizmini lənətləmədi. Unutdu ki, bu igidlərimiz ona və onun kimilərə yad olan torpaq təəssübü çəkənlər, analarımız, ana qədər müqəddəs olan Vətənimiz uğrunda şəhid olmuşlar.

Bütün dünya ictimaiyyətinin, tanınmış siyasətçilərin, dövlət başçılarının Azərbaycanın bölgədə yaratdığrı reallıqlar haqqında ağızdolusu danışdıqları məqamlarda belə xarici ölkələrdə məskunlaşan əqidədaşları vasitəsilə ölkəmizə qarşı böhtan kampaniyası aparan Gültəkin Sevinc Osmanqızının, Qənimət Zahid kimi xəyanətkarların ocağı olan «TV»lərin körük basanlarındandır. Gültəkin Hacıbəyli unutmamalıdır ki, başqalarının maraqlarının daşıyıcısı, təbligatçısı olan satqınların, xəyanətkarların nəsibi həmişə qapı arxasında qalmaq olub. Zaman gələcək bu gün gültəkinləri pul gücünə Azərbaycan əleyhinə danışdıranlar onları xəyanətkar kimi siyasət zibilliyinə tullayacaqlar. Bax, onda ayılan Gültəkin bir zamanlar yaşadığı günləri xatırlayacaq. Amma artıq gec olacaq. Vaxtilə ona səs verib deputat adı qazandıranlar belə ona lənət yağdırıb, üz döndərəcəklər.

Daha çox xəbərlər