Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qida zəhərlənmələri niyə artır?

By Vüsal Rafiqoğlu
08.07.2022 3 Min Read

Eyyub Hüseynov: Yay aylarında belə hallar daha çox qarpız və yemişdən olur

Yay aylarında insanlar daha çox qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edirlər. Bəs bunun səbəbi nədir?

Mütəxəssislərin sözlərinə görə, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Əsas zəhərlənmə halları qida məhsullarını düzgün saxlanılmadıqda baş verir.

Əlverişli temperatur və nəmlik şəraiti olduqda mikrob xeyli çoxalır və ərzaq məhsullarında toplanır. Bu mikroblar orqanizmdə də toksin hazırlayırlar. Bakterial toksinlər bağırsaq hüceyrələrinə təsir göstərərək onların fəaliyyətini artırır. Belə olduqda xəstələrdə çox vaxt ishal baş verir. Yayda əlverişli hava şəraiti mikrobun çoxalmasına və yayılmasına şərait yaradır. Ona görə də zəhərlənmə halları daha çox yay aylarında müşahidə olunur.

Yay fəslində qidalanma zamanı evlərdə, ictimai iaşə müəssisələrində ehtiyatlı olmaq lazımdır. Mütəxəssislər bildirirlər ki, ət, toyuq məhsullarını sərin temperaturda və tez emal etmək lazımdır. Donmuş məhsulların buzunu açarkən ehtiyatlı olmaq gərəkdir, yəni donmuş ətin buzunu suyun altında əritmək lazımdır, isti havada yox. Dənizə istirahətə gedərkən isə konserv məhsulları, ət, toyuq aparmaq olmaz. Bu qidalar istidə daşınarkən mikrobioloji çirklənmə baş verir və bu da qida  zəhərlənmələrinə gətirib çıxarır. Dəniz kənarına evdə hazırlanan sərinləşdirici içkiləri, pendir, yaxud qarpız, moyenezsiz salat götürmək olar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, yay aylarında zəhərlənmələr daha çox qarpız və yemişdən olur. Bunun səbəbi isə qarpız və yemişin tərkibində nitradların normadan artıq çox olmasıdır: “Azad İstehlakçılar Birliyi tərəfindən xüsusi cihazlarla monitorinq aparılır. Mövsümü olsa belə qarpız və yemişin tərkibində nitradların miqdarı həmişə çox olur. Bunun səbəbi də bu bostan bitkilərini yetişdirən insanların çox məhsuldarlıq əldə etmək üçün gübrədən həddindən artıq çox istifadə etmələridir. Üstəlik yonca yerində əkilmiş qarpızlar yerdən həmin o nitradları öz tərkibinə çəkirlər. Yoncanın qalıqlarından nitradlar əmələ gəlir. Bir sözlə, Azərbaycanda yetişdirilən qarpızlar nitradsız olmur. Gübrə və nitrad da olmasa, bostan məhsul vermir. Belə olduqda da istehlakçılar əziyyət çəkirlər.”

E.Hüseynovun sözlərinə görə, istehlakçılar bilməlidirlər ki, nitradsız qarpız yetişdirilərsə, o, maksimum 4, 5kq ağırlığında ola bilər: “Nitrad verilmiş qarpızlar böyük və qalın qabıqlı olur. Belə qarpızlar, həmçinin çox şirin olur. Belə olduqda da qarpız istehlakçı üçün daha cəlbedici olur. Nitradsız qarpızlarınsa qabığı yarım santimetrdən çox olmur, bıçaq vurulan kimi partlayır, içərisi al qırmızı rəngdə olur.”

AİB sədri bildirib ki, insanlar daha çox gəlir əldə etsinlər deyə qarpızları məhz o cür təhlükəli vəziyyətə gətirirlər: “Ona görə də Qida Təhlükəsizliyi Agentliyi bostançılar bu işlə məşğul olarkən onların yanında olmalı, onlara gübrədən necə istifadə olunmasını öyrətməlidir. Yəni, necə deyərlər, hazır məhsulu necə gəldi satışa çıxarmaq olmaz. Vaxtında elə bir iş aparılmalıdır ki, nə kənd təsərrüfatı ilə məşğul olan, nə də istehlakçı insanlar zərərə düşməsinlər.

Çox təəssüf ki, indi Azad İstehlakçılar Birliyi bu qarpızların antireklamını aparır və xəcalət çəkirik, çünki o qarpızlar üçün böyük vəsait qoyulur.”

E.Hüsyenov qeyd edib ki, Azərbaycanda yetişdirilən qarpızların demək olar ki, 99 %-i “amerikanka” qarpız adlandırılır. Yəni, onların toxumundan kənd təsərrüfatı ilə məşğul olan şəxs istifadə etsə belə, o cücərti vermir: “Çünki bu toxumlar geni dəyişdirilmiş toxumlardır. Azad İstehlakçılar Birliyi onun tərəfdarıdır ki, qədim qarpız növləri dirçəlsin, böyük tumlu qarpızlar satışa çıxarılsın. Belə ki, belə qarpızlar daha baha qiymətə satıla bilər. Azərbaycanın toxum bağlılığından azad olması çox vacibdir.”

Eyyub Hüseynov hazırkı real vəziyyəti nəzərə alaraq istehlakçılara tövsiyə edir ki, qarpızı çox yeməsinlər. Gün ərzində 1 kqdan artıq yemək məsləhət görülmür. Çünki doza həddinin keçilməsi zəhərlənmələrə gətirib çıxara bilər.

O, həmçinin bildirdi ki, qarpızın günün altında qalanda xarab olması fikri çox səhvdir və bu qorxulu deyil: “Sadəcə soyuducuya qoyulub soyudulub yenidən isidilməsinə yol vermək olmaz. Yaxşı olar ki,  qarpız kəsilən kimi yeyilib bitirilsin və qeyd etdiyim kimi, hər bir şəxsə gün ərzində az miqdarda qarpız yeyilməsini məsləhət görürəm. Yemişdə də eyni bu kimi problemlər yaşanır. Biz dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə təklif vermişik ki, bütün qarpız satışı ilə məşğul olan yerlərə Azad İstehlakçılar Birliyində olan nitrad testerlər paylansın və yaxud da onlara satılsın ki, onlar satışla məşğul olarkən yoxlasınlar. Əgər qarpız və yemişlərin tərkibində nitrad çoxdursa, belə məhsulları satışa qəbul etməsinlər. Ya da bostançılıqla məşğul olan şəxslərdə bu cihazlar olsun. Eyni zamanda, onlar gübrənin miqdarı nə qədər olmalıdır bunu öyrənsinlər.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqləyib

Next

Bahar Muradova: Ötən altı ayda 747 vətəndaşa psixoloji, hüquqi və sosial dəstək göstərilib – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv