Xaçmazda DƏHŞƏT: Elektrovoz kişinin üstündən keçib öldürdü
Xaçmaz sakinini elektrovoz vurub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.
Yalama Dəmiryol istiqamətində hərəkət edən maşinist Cabir Məmmədovun və köməkçisi Camələddin Ağayevin idarə etdiyi elektrovoz Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Vəlibəyovu vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

