Cəmiyyət 

24 yaşlı qadın dərman içərək intihara cəhd etdi

Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Rayon sakini olan 24 yaşlı qadın 20-dən çox eyni növ dərman preparatını içərək intihara cəhd edib.

O, ağır halda xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım alıb. Hazırda qadının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.sonxeber.az

Daha çox xəbərlər