Zarina Qurbanovadan qadınların geyimini tənqid edən deputata CAVAB
Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycan qadınlarının geyimlərini təngid edib. O, hesab edir ki, Azərbaycan insanı, xüsusilə də qadınlar, xarakterimizə uyğun geyimlər geyinməlidirlər, yəni geyimləri nə açıq-saçıq, nə də ki hədsiz örütülü olmalıdır: “Köhnə şəkillərə, hətta iki yüz əvvəl çəkilən rəsm əsərlərinə baxırsan, analarımızın, bacılarımızın, ümumiyyətlə Azərbaycan qadınının necə yaxşı geyindiyini görürsən.
Orta Asiya xalqlarına aid iki yüz il əvvəlki memuarlarda qeyd olunurdu ki, qazaxlar üzlərini örtmürlər, özbəklər, taciklər isə əksinə, örtürlər.
ARANTV.AZ xəbər verir ki, onun sözlərinə əsəbiləşən gənc aktrisa Zarina Qurbanova “İnstagram” səhifəsinin “Hekayələr” bölməsində bunları yazıb:”Təzə trend: millətə, xalqa yararlı ola bilmirsənsə, qeybət qır, söz at, sənə aid olmayan mövzuları müzakirəyə qoy, gündəmə gəl… Adını heç olmasa belə hallandır”.

