Hadisə 

Bakıda iki qadın dəm qazından boğulub öldü

Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisələrdən biri dünən paytaxtın Yeni Suraxanı qəsəbəsində, Xəlilov küçəsi 5 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda 1994-cü il təvəllüdlü Çinarə Nüsrət qızı Kərimova hamam otağında dəm qazından boğularaq ölüb.

Daha bir analoji hal paytaxtın Binəqədi rayonu, Çiçəkli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Aysel Bəxtiyar qızı İbrahimova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.oxu.az

Daha çox xəbərlər