Hadisə 

Bakıda qadınları qorxu içində saxlayan şəxs tutuldu

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

ARANTV.AZ xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 3-dən aprelin 5-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, bankomat kartı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Kələfiyev saxlanılıb.

Bundan başqa Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də marşurut avtobusunda şəhər sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Həsənov və M.Məmmədov yaxalanıb.

Araşdırmalar davam etdirilir.publika.az

Daha çox xəbərlər