Kriminal 

Xaçmazda axşam vaxtı qətl

Aprelin 6-da saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.

Daha çox xəbərlər