Kriminal 

Qonşusu 45 yaşlı kişini bıçaqladı

Bakının Yasamal rayonunda 45 yaşlı kişi bıçaqlanıb.

ARANTV.AZ ONA-ya istinadən xəbər verir ki, hadisə Seyfəddin Dağlı küçəsi 31 ünvanında qeydə alınıb.

1974-cü il təvəllüdlü Vəliyev Rüfət Xanbala oğlu aldığı iki bıçaq yarası ilə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Məlumata görə, ona bıçaq xəsarətlərini qonşusu yetirib.

Faktla bağlı istintaq araşdırmalarına başlanılıb.

Daha çox xəbərlər